• USD 1,7000 0,00% EUR 2,0531 -0,63%
    • GBP 2,3751 +0,01% RUB 0,0229 0,00%

Azərbaycanlı futbolçu 1,4 milyona villa aldı

  • İdman
  • 12 Oktyabr 2016 12:41
  • 1 635 Baxış
Azərbaycanlı futbolçu 1,4 milyona villa aldı

Moskva “Lokomotiv”inin və Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Səmədov maraqlı açıqlamaları ilə diqqət çəkib. Əslən azərbaycanlı olan futbolçu “Range Rover” avtomobilinə olan marağından söz açıb:

“Son zamanlar qiymətləri daha yaxından izləyirəm. Bu yaxınlarda özümə yeni “Range Rover Sport” sifariş etmişəm. Bu avtomobili almamışdan öncə xeyli götür-qoy etdim. Baxmayaraq ki, uzun illərdir məhz “Range Rover Sport”dan istifadə edirəm. Hər dəfə yeni çıxan modeli alıram, köhnəsini dərhal satıram”.

Səmədov “Həyatınızdakı ən bahalı alış-verişiniz hansı olub” sualını belə cavablandırıb: “Moskva ətrafında Berezustki 1,4 milyon avroya villa almışdı. Lakin orada yaşaya bilmədi. Həmin villanı mən aldım. Vasya ziyana düşdü? Zarafat edirsiz? Məncə bu insan heç vaxt ziyana düşmür. Mənim xərcim daha çox çıxdı. Evi aldıqdan sonra onun təmirinə də pul xərclədim. Həmin yeri çox bəyənirəm. Akinfeyevlə qonşuyuq”. (Futbolxeber.az)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR