Messi tərbiyəsizlik etdi - - VİDEO
Bizi izləyin

İdman

Messi tərbiyəsizlik etdi - - VİDEO

Hakimin əlavə etdiyi dəqiqələrdə penaltidən fərqlənən argentinalı futbol dahisi əsəblərini cilovlaya bilməyib.

İspaniya çempionatının 9-cu turunda “Barselona” çətin “Valensiya” səfərindən 3 xalla qayıdıb. Oyunun qəhrəmanı isə dünyanın ən güclü futbolçusu Lionel Messi olub. Ancaq o, təkcə qəhrəmanlıqla yadda qalmayıb.

Publika.az xəbər verir ki, oyunda ilk və son dəqiqələrdə qələbə qolunu vuran Leo adına yaraşmayan davranışa yol verib. Hakimin əlavə etdiyi dəqiqələrdə penaltidən fərqlənən argentinalı futbol dahisi əsəblərini cilovlaya bilməyib. O, “Valensiya” azarkeşlərini təhqir edib. Qol sevincini tribunaya tərəf qaçaraq qeyd edən Messinin ağzından "La concha de sus madres, hijos de puta" sözlərinin çıxdığı mətbuata sızıb. Bu sözün isə tərcüməsi (q…ə uşağı) söyüş anlamına gəlir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm