“Brilyant oğlan” göz yaşlarını saxlaya bilmədi - - FOTO/VİDEO
Bizi izləyin

İdman

“Brilyant oğlan” göz yaşlarını saxlaya bilmədi - - FOTO/VİDEO

13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək.

“Karatenin Maradonası”, “Brilyant oğlan” kimi məşhurlaşan Rafael Ağayev Avstriyada karate üzrə keçirilən dünya çempionatının finalındadır.

Publika.az xəbər verir ki, finala vəsiqəni təmin edəndən sonra ürək sözlərini deyən Rafael göz yaşlarını saxlaya bilməyib. Ağayev onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib: “Çox sevinirəm ki, finaldayam. Gözüm zədələnsə də, bu önəmli deyil. Əsas odur ki, finaldayam və dünya çempionu olmaq istəyirəm”.

Finala gedən yolda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ermənistandan olan Seryoja Sarkisyanı 3:0 hesabı ilə məğlub edib.

13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm