“Spartak” çempionat bitməmiş çempion oldu
Bizi izləyin

İdman

“Spartak” çempionat bitməmiş çempion oldu

Yurmala klubu tarixində ilk dəfə qızıl medal qazanıb.

Latviya çempionatının qalib bəlli olub.

Publika.az xəbər verir ki, çempionatın başa çatmasına bir tur qalmış Yurmala “Spartak”ı çempionluğu təmin edib. Son turdan əvvəl çempionluğa “Ventspils” də iddialı idi. Ancaq “Ventspils” gözlənilmədən məğlubiyyətə uğrayıb. “Spartak” isə qalib gələrək, rəqibləri üçün əlçatmaz olub.

Yurmala klubu tarixində ilk dəfə qızıl medal qazanıb. Ötən mövsümün çempionu “Liyepaya” bu il 4-cü yeri tutub. Son turda “Elqava” ilə “Ventspils” 2-ci və 3-cü yerlərin sahibini müəyyənləşdirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm