Azarkeşi vuran futbolçu həbs olundu - - VİDEO/FOTO
Bizi izləyin

İdman

Azarkeşi vuran futbolçu həbs olundu - - VİDEO/FOTO

Onun 2 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Son günlər futbolçularla azarkeşlər arasında yaşanan qarşıdurmaların sayı artıb. Daha bir insident Çilidə baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Audax İtaliano" klubunun futbolçusu Sebastian Pol azarkeşlərdən birini döydüyü üçün həbs olunub.

"Audax İtaliano" Çili çempionatının X turunda səfərdə "Universidad Katolika"ya məğlub olub - 1:4. Pol meydanı tərk edən zaman gözlənilmədən tribunaya qalxıb və rəqib azarkeşlərdən birini döyməyə başlayıb. O, bu hadisədən dərhal sonra polislər tərəfindən həbs olunub.

Polun 2 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm