Sevgimiz elə bu qədərmiş? - Ronaldo İspaniya gözəlindən ayrıldı
Bizi izləyin

İdman

Sevgimiz elə bu qədərmiş? - Ronaldo İspaniya gözəlindən ayrıldı

Onların eşq hekayəsi mətbuata sızandan sonra cütlük arasında bir neçə dəfə münaqişə olub.

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo ilə İspaniya gözəli (2014) Dezire Kordero arasında sevgi münasibətinə son qoyulub.

Publika.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, bu ilin yayından bəri görüşən cütlük yollarını ayırıb. Mənbənin bildirdiyinə görə, Ronaldonun qıza qarşı hissləri ciddi olub. Ancaq Dezire populyarlaşmaq üçün Kriştianoyla yaxınlıq edib və bu istəyinə də çatıb.

Əslində Ronaldo bu münasibətin sirr kimi qalmasını dəfələrlə ispan gözəlçədən xahiş edib. Onların eşq hekayəsi mətbuata sızandan sonra cütlük arasında bir neçə dəfə münaqişə olub. Hazırda isə onların danışmadığı və bir-birindən gizləndiyi deyilir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm