Taekvondo və boks millilərinin baş məşqçiləriylə bağlı qərar verildi
Bizi izləyin

İdman

Taekvondo və boks millilərinin baş məşqçiləriylə bağlı qərar verildi

Boks yığmasının müqavilə müddəti başa çatan baş məşqçisi Pedro Roke ilə yollar ayırılıb.

Azərbaycanın taekvondo və boks yığmalarının baş məşqçiləri ilə bağlı qərar verilib.

Publika.az xəbər verir ki, taekvondo üzrə yığma komandanın baş məşqçisi Rza Mehmandustla müqavilə müddəti artırılıb. Mehmandustla müqavilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər artırılıb. Bu müddətdə onun nəticələri qane edici sayılsa, anlaşma müddəti yenidən artırıla bilər.

Boks yığmasının müqavilə müddəti başa çatan baş məşqçisi Pedro Roke ilə yollar ayırılıb. İcraçı direktor Nağı Səfərovun sözlərinə görə, buna səbəb federasiya rəhbərliyinin kubalı mütəxəssisin nəticələrindən qane olmamasıdır: "Yeni baş məşqçi ilə bağlı qərar hələ verilməyib. Namizədlər var. İdmançılar hazırda öz klublarında məşq edirlər. Ən geci yanvardan başlamalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm