Qadın boksçularımız Avropa çempionatına hazırlaşır
Bizi izləyin

İdman

Qadın boksçularımız Avropa çempionatına hazırlaşır

Milli komandamız təlim-məşq toplanışının bir hissəsini Bolqarıstanda davam etdirəcək.

Noyabrın 14-də Bolqarıstanın Sofiya şəhərində qadınlar arasında boks üzrə Avropa çempionatına start veriləcək.

Publika.az xəbər verir ki, yarışa hazırlığı davam etdirən milli komandamız təlim-məşq prosesini Azərbaycan Boks Federasiyasında yekunlaşdırmaq üzrədir.

Elbrus Rzayevin rəhbərliyi altında komandamız yarışa Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (60 kq), Məryəm Cəbrayılova (64 kq), Şəhla Allahverdiyeva (75 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) ilə hazırlaşır.

Milli komandamız təlim-məşq toplanışının bir hissəsini Bolqarıstanda davam etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm