"Qəbələ"də ŞOK İTKİ
Bizi izləyin

İdman

"Qəbələ"də ŞOK İTKİ

Avropa Liqasının qrup mərhələsinin növbəti oyununda "Qəbələ" "Bakcell Arena"da "Sent-Etyen"i qəbul edəcək.

Publika.az xəbər verir ki, bu gün oyunla bağlı keçirilən mətbuat konfransında ilk öncə jurnalistlər önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxıb.

Ukraynalı mütəxəssis sabahkı oyun haqqında belə danışıb: "Komandadakı vəziyyət haqda dəqiq nəsə demək tezdir. Dəqiq onu deyə bilərəm ki, aparıcı hücumçumuz Dabo sabah meydana çıxmayacaq. Digər zədəlilərimizin də vəziyyəti qeyri-müəyyəndir. Əlbəttə ki, məqsədimiz qrupdan çıxmaqdır. Ancaq şansımız çox azdır. Qrupdan çıxmağımız möcüzəyə bərabərdir. Bir qədər real yanaşmaq lazımdır. Komandalar arasında səviyyə fərqi göz qabağındadır. Hər halda, əlimizi yanımıza salmayacağıq. Son şansımıza qədər mübarizə aparacağıq".

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm