Azarkeşi öldürdülər - Çempionat dayandırıldı
Bizi izləyin

İdman

Azarkeşi öldürdülər - Çempionat dayandırıldı

Ölüm hadisəsinə görə 12 nəfər şübhəli şəxs saxlanılıb.

Uruqvay çempionatı müvəqqəti olaraq dayandırılıb.

Publika.az xəbər verir ki, çempionat 21 yaşlı azarkeşin öldürülməsinə görə dayandırılıb. Bu barədə məlumatı Uruqvay Futbol Assosiasiyası yayıb.

Öldürülən gənc “Penyarol” klubunun fanatı olub. Onu “Nasyonal” klubunun azarkeşləri güllələyiblər. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.

Ölüm hadisəsinə görə 12 nəfər şübhəli şəxs saxlanılıb. “Penyarol”la “Nasyonal” Montevideonu təmsil edirlər və barışmaz rəqiblər sayılırlar. Bu komandaların azarkeşləri arasında daim qarşıdurma yaşanır.

Çempionatın nə vaxt bərpa olunacağı barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm