“Qarabağ” “Qəbələ”yə şərik oldu
Bizi izləyin

İdman

“Qarabağ” “Qəbələ”yə şərik oldu

"Qarabağ" 69-cu dəqiqədə istəyinə çatıb.

Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son oyununda "Zirə" və "Qarabağ" komandaları qarşılaşıblar. Qarşılaşmanın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. İkinci hissəyə daha fəal başlayan "Qarabağ" 69-cu dəqiqədə istəyinə çatıb. Dani Kintana meydan sahiblərinin qapısına yol tapıb. 10 dəqiqə sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqib torunu ikinci dəfə silkələyib. Bu dəfə Elvin Yunuszadə fərqlənib. Qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" xal ehtiyatını 25-ə yüksəldərək "Qəbələ"yə çatıb. Hazırda bu iki komanda şərikli liderdir. "Zirə" isə 14 xalla 4-cüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm