"Qəbələ"nin rəqibləri məğlub oldu
Bizi izləyin

İdman

"Qəbələ"nin rəqibləri məğlub oldu

"Qəbələ" komandasının futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər.

"Qəbələ" komandasının futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi kimi, elə C qrupundakı hər 3 rəqibi də qələbə qazana bilməyib.

"Sent Etyen" Fransa Liqa1-in XII turunda "Mets"in qonağı olub. Görüş qolsuz tamamlanıb - 0:0. "Sent-Etyen" Usama Tannanenin 2 dəqiqə ərzində (35,36) 2 sarı vərəqə alaraq, meydandan qovulması üzündən oyunu azlıqda tamamlayıb. Tannane "Qəbələ" ilə noyabrın 3-də Bakıda keçirilmiş görüşdə bərabərlik qolunun müəllifi olmuşdu. Hazırda "Sent-Etyen" 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.

Noyabrın 24-də "Qəbələ"nin qonağı olacaq "Anderlext" Belçika Liqasında "Ostende"yə qarşı XIV tur matçından heç-heçə ilə ayrılıb - 1:1. Hər iki qol penaltidən vurulub. Əvəlcə 66-cı dəqiqədə Ostende"dən Frank Berrye, 82-ci dəqiqədə isə meydan sahiblərindən Yuri Tilemans fərqlənib. Bu nəticədən sonra "Anderlext" 14 oyundan 25 xalla 2-ci pillədə qərarlaşıb.

"Maynts" isə Almaniya Bundesliqasının X turunda səfərdə "Leyptsiq"lə qarşılaşmanı məğlub kimi tamamlayıb. Meydan sahiblərindən Timo Verner (dəq.3; 44), Emil Forsberq (dəq.21), qonaqlardan Ştefan Bell (dəq.74) dəqiq olub. Bu nəticədən sonra "Maynts" 10 oyundan 14 xalla 10-cu pillədə yer alıb.

Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer Liqasının XI turunu AZAL-la səfər heç-heçəsi ilə tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm