Bu cür gözəl qız rinqə çıxmağa hazırlaşır - FOTOLAR (18+)
Bizi izləyin

İdman

Bu cür gözəl qız rinqə çıxmağa hazırlaşır - FOTOLAR (18+)

Əlbəttə, zahiri görünüşümə görə heyfslənirəm, ancaq maraqlı olacaq.

Rusiyada kifayət qədər məşhur olan Anjelika Anderson “amplua”sını dəyişmək niyyətindədir.

Publika.az xəbər verir ki, MMA yarışlarında raundlararası fasilədə rinqə çıxıb əlində tablo dövrə vuran Anjelika bu dəfə özünü rinqdə sınamaq qərarına gəlib. O, qəti qərar verib və üz-gözünün zədələnməsindən qorxmur. Qarışıq idman növlərində döyüşməyi planlaşdıran gözəlçə ilk qarşılaşmasına 2017-ci ildə M-1 təşkilatının turnirində çıxacaq.

“Əlbəttə, zahiri görünüşümə görə heyfslənirəm, ancaq maraqlı olacaq. Yaxın zamanda hazırlıqlara başlayacam ki, 3-4 aya lazım olan səviyyəyə çatım. Gələn ilin oktyabrında isə ilk döyüşümə çıxacam”.

26 yaşlı Andersonun MMA döyüş təcrübəsi yoxdur və heç vaxt təkbətək döyüşlərdə iştirak etməyib.

M-1 MMA yarışlarının təşkili üzrə ən böyük promouter şirkətlərindən biridir.

Pərviz Hikmət





















Oxumağa davam et
Reklam
Reklam

Gündəm