IV İslam Həmrəyliyi oyunlarına hazırlıq müzakirə edilir - - FOTOLAR
Bizi izləyin

İdman

IV İslam Həmrəyliyi oyunlarına hazırlıq müzakirə edilir - - FOTOLAR

Bu gün IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.

Bu gün IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.

Publika.az xəbər verir ki, iclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.

Bu gün öz işinə başlayan və iki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.

Koordinasiya komissiyasının ilk günü saat 16.00-da media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Koordinasiya komissiyasının 2-ci günü isə müzakirə mərkəzində olacaq mövzular idmançıların iştirakı,idman yarışları, marketing, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləridir.

Qeyd edək ki, Koordinasiya Komissiyasının 3-cü iclası İslam oyunlarına 1 il qalmış, mayın 12-də baş tutmuşdu.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm