Nazir söz VERDİ: “Möhtəşəm olacaq”
Bizi izləyin

İdman

Nazir söz VERDİ: “Möhtəşəm olacaq”

Onun tam ssenarisini açmaq istəmirik.

“IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəm olacaq”.

Publika.az xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. O sözlərinə belə davam edib: “Belə yarışlarda açılış və bağlanış mərasimlərinin məxsusi yeri var. Dünyanın diqqəti məhz açılışdan sonra yarışlara yönəlir. Açılış bu günədək keçirilmiş mərasimlərdən heç də zəif olmayacaq. Onun tam ssenarisini açmaq istəmirik. Bu, sirr olaraq qalsın. Müxtəlif tarixi mövzulardan söhbət açılacağını deyə bilərəm. Mən sizə zəmanət verirəm ki, çox maraqlı və möhtəşəm olacaq. Biletlər idman qurğularının yanındakı kassalarda satılacaq və təxminən aprel və mart ayında satışa çıxarılacaq. Qiymətlərə gəlincə, bunlar “Bakı 2015” I Avropa Oyunlarındakından artıq olmayacaq".

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm