Rəşad Sadıqova 6 həftəlik QADAĞA
Bizi izləyin

İdman

Rəşad Sadıqova 6 həftəlik QADAĞA

"Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub.

"Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub.

Publika.az Ağdam klubunun saytına istinadən məlumat verir ki, futbolçu dünən Londonda həkim müayinəsindən keçdikdən sonra onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

R.Sadıqov qeyd edib: "Fiorentina" ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən, o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacağam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm