İdman
Qadın idmançılarımız Qitələrarası Kubokda ikinci yeri tutublar
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Qitələrarası Kubok - Alrosa Kuboku beynəlxalq turniri keçirilir.
"Report" xəbər
verir ki, komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar
6 çəki dərəcəsində mübarizə aparır.
Yarışda hər üç güləş növü üzrə yığma komandamızın üzvləri iştirak
edir.
Sərbəst güləş üzrə yarışlarda yığmamız İran və Özbəkistanla "B"
yarımqrupunda mübarizə aparıb. Özbəkistan güləşçilərini 5:1
üstələyən yığmamız İran komandası ilə görüşü 3:3 hesablı
bərabərliklə tamamlayıb. Qrup lideri kimi finala yüksələn
güləşçilərimiz həlledici görüşdə digər qrupun birincisi olan Rusiya
yığması ilə qarşılaşacaq.
Qadın güləşçilərin yarışında cəmi 4 komanda (Azərbaycan, Rusiya,
Türkiyə və Özbəkistan) olduğundan mübarizə dairəvi sistem üzrə
aparılıb. Güləşçilərimiz ilk görüşdə Rusiya komandasına 2:4 hesabı
ilə məğlub olsa da Türkiyə və Özbəkistanla görüşdən 5:1 hesablı
qələbə ilə ayrılıb. Dairəvi mübarizə sisteminin ən yaxşı iki
komandası kimi Azərbaycan və Rusiya yığmaları finalda yenidən
qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatsa da, xalların
keyfiyyətinə görə 17:9 öndə olan Rusiya yığması qalib olub. Qadın
güləşçilərimiz turniri ikinci sırada başa vurub.
Yunan-Roma güləşi üzrə yarışlarda yığmamız ilk olaraq Belarus
komandası ilə qarşılaşıb. 2:4 hesabı ilə uduzan yığmamız digər
qrupun ikincisi olan İran yığması ilə qarşılaşıb. Ümumi hesab 3:3
olsa da xalların keyfiyyətinə görə 13:10 hesabı ilə qalib gələn
güləşçilərimiz turnirin bürünc mükafatına layiq görülüblər.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif
Zeynallı ölkəmizi təmsil edib.
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?