
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri bu gün başa çatıb. Həlledici - 10-cu turda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb və sülhə razılaşıb.
Teymur Rəcəbov isə Nakamurayla üz-üzə gəlib və heç-heçə edib. Turnirin qalibi adını Maqnus Karlsen qazanıb.
A turniri
10-cu tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Fabiano Karuana (İtaliya) 1:0
Turnir cədvəli: Karlsen - 6,5, Karuana - 5,5, Karyakin, Rəcəbov, Nakamura - 5, Məmmədyarov - 3.