Azərbaycanlı taekvondoçudan bürünc medal
Bizi izləyin

İdman

Azərbaycanlı taekvondoçudan bürünc medal

İlk yarış günündə Azərbaycan milli komandası bir medal qazanıb.

Kanadanın Burnabı şəhərində taekvondo üzrə gənclər arasında dünya çempionatına start verilib.

Publika.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandası bir medal qazanıb.

45 kq çəki dərəcəsində çıxış edən Ayaz Qəmbərli yarımfinaladək irəliləsə də, finala adını yazdıra bilməyib. Nəticədə o, bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında 14 taekvondoçu ilə qatılıb. Yarışda 102 ölkədən 846 idmançı mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm