84 yaşlı futbol klubu dağılır
Bizi izləyin

İdman

84 yaşlı futbol klubu dağılır

Noyabrın 21-də keçiriləcək konqresdə komandaya yiyə duran tapılmasa, klub tarixin yaddaşına köçəcək.

Vaxtilə Türkiyə Super Liqasında çıxış etmiş “Kayseri Ərciyəsspor” dağılmaq ərəfəsindədir.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. 2014/15 mövsümündə Super Liqadan 1-ci liqaya, ötən mövsüm isə 2-ci liqaya düşən Kayseri təmsilçisi ciddi maliyyə böhranı keçirir. Noyabrın 21-də keçiriləcək konqresdə komandaya yiyə duran tapılmasa, klub tarixin yaddaşına köçəcək.

“Kayseri Ərciyəsspor”un əsası 1932-ci ildə qoyulub. “Göy-qaralar” 2007/08-ci il mövsümündə UEFA kubokunun iştirakçısı olub. Kayseri təmsilçisi ilk mərhələdə Təl-Əviv “Makkabi”sini mübarizədən kənarlaşdırsa da (1:1, 3:1), növbəti mərhələdə Madrid “Atletiko”suna uduzmuşdu (0:5, 0:4).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm