Azərbaycanın iki olimpiyaçı atletinin nəticəsi ləğv edildi
Bizi izləyin

İdman

Azərbaycanın iki olimpiyaçı atletinin nəticəsi ləğv edildi

Artıq karyerasını başa vurmuş güləşçi gümüş medal və diplomunu geri qaytarmalıdır.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdikləri üçün 16 idmançının nəticələrini ləğv edib.

Publika.az xəbər verir ki, onların arasında iki azərbaycanlı atlet də var.

Ağır atlet Nizami Paşayev və yunan-Roma güləşçisi Vitali Rəhimovun qanlarında qadağan olunmuş turinabol maddəsinə rast gəlinib. BOK-un qərarına əsasən, hər iki idmançının dopinq testlərinin ikinci variantı da müsbət nəticə verdiyi üçün nəticələri keçərli sayılmayıb.

94 kq çəki dərəcəsində yarışan Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu. Vitali isə 60 kq çəki dərəcəsində gümüş medal qazanmışdı. O, həm medalı, həm də diplomunu təhvil verməlidir.

Qeyd edək ki, hər iki idmançı artıq karyeralarını başa vurublar.

***

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

İOC-un qərarına əsasən, artıq karyerasını başa vurmuş güləşçi gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək.

Qeyd edək ki, Vitali Rəhimov "Pekin-2008"-də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm