“Neftçi”də növbəti ayrılıq
Bizi izləyin

İdman

“Neftçi”də növbəti ayrılıq

Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

“Neftçi” klubu əvəzedici heyətə göndərdiyi daha bir futbolçusu ilə müqaviləni pozub.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, braziliyalı hücumçu Denilson Pereyradır. Onunla icarə müqaviləsinə xitam verib. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. "Sambaçı" müqavilə ilə məxsus olduğu İspaniyanın “Qranada” klubuna qayıdıb.

Qeyd edək ki, bunadək "Neftçi" klubu Dario Melnyak və Katalin Tira ilə də yollarını ayırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm