Bu gün təqdimat olacaq - "Ladies on Bikes"
Bizi izləyin

İdman

Bu gün təqdimat olacaq - "Ladies on Bikes"

Noyabrın 19-da Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.

Noyabrın 19-da Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Məlahət Həsənova, Sevinc Fətəliyeva və Sevinc Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da iştirak edəcək.

Bundan başqa, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və 2 qat dünya çempionu Fərid Mansurov və nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın da təqdimat mərasimində iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm