Daha bir məşhur futbolçuya heykəl qoyulacaq
Bizi izləyin

İdman

Daha bir məşhur futbolçuya heykəl qoyulacaq

İsveç millisi və “Mançester Yunayted” klubunun hücumçusu Zlatan İbrahimoviç ölkəsində növbəti dəfə ən yaxşı futbolçu adına layiq görülüb.

İsveç millisi və “Mançester Yunayted” klubunun hücumçusu Zlatan İbrahimoviç ölkəsində növbəti dəfə ən yaxşı futbolçu adına layiq görülüb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı yerli futbol federasiyası yayıb. Rekord sayda – 10-cu dəfə İsveçdə “Qızıl top”la mükafatlandırılan Z.İbrahimoviç bu mükafatı ardıcıl alan yeganə futbolçu kimi də tarixə düşüb. Məhz bu səbəbdən qurum rəhbərliyi forvardın ölkə futbolunun inkişafina göstərdiyi zəhmətinə görə, 2,7 metr böyüklüyü olan heykəlini ucaltmağı qərara alıb.

Məsələyə münasibət bildirən Zlatan qeyd edib ki, bu, onun üçün bir şərəfdir. Çox vaxt belə heykəllər vəfat etmiş tanınmışların xatirəsinə ucaldılır. Amma, mən də nə vaxtsa bu dünyadan köçəcəyəm. Heykəl isə əbədi olaraq qalacaq”.

Qeyd edək ki, 35 yaşlı futbolçu 2016-cı il Avropa çempionatının ardından yığmadakı karyerasını başa vurub. 2001-ci ildən millidə forma geyinən Z.İbrahimoviç 116 oyuna 62 qol vurub. O, 2002, 2006-cı il dünya çempionatı, eləcə də 2004, 2008, 2012 və 2016-cı illərdə Avropa çempionatında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm