REKORD: Çempionlar Liqasında belə oyun olmamışdı - - VİDEO
Bizi izləyin

İdman

REKORD: Çempionlar Liqasında belə oyun olmamışdı - - VİDEO

Çempionlar Liqasında məhsuldarlıq rekordu qırılıb.

Publika.az xəbər verir ki, "Borussiya" (Dortmund) klubu "Legiya" ilə görüşdə 8:4 hesablı qələbəyə nail olub. Bunadək bir oyunda ən çox qol (11 top) 2003-cü ildə "Monako" (Fransa) - ""Deportivo" (İspaniya) matçında vurulub - 8:3.

Bundan başqa, "Borussiya" - "Legiya" matçının ilk yarısında 7 qol vurulub. Belə hal Çempionlar Liqasında birinci dəfə baş verib. Meydan sahiblərinin 5 qolu 16 dəqiqəyə vurması da turnirin rekordudur.

Qeyd edək ki, Dortmund "Borussiya"sı bu qələbə sayəsində F qrupunda xallarını 13-ə çatdırıb və "Real"la birlikdə 1/8 finala yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm