Dünya çempionu öldürüldü - ODLU SİLAHLA
Bizi izləyin

İdman

Dünya çempionu öldürüldü - ODLU SİLAHLA

Tatarıstanlı idmançı, kikboksinq üzrə dünya çempionu Musa Musalayev Almaniyada qətlə yetirilib.

Publika.az “Ria novosti”yə istinadən xəbər verir ki, 37 yaşlı idmançı naməlum şəxs tərəfindən odlu silahla öldürülüb.

Hazırda Almaniya polisi qətli törədən şəxsin axtarışlarını həyata keçirir, eləcə də hadisənin digər qətllə əlaqəsini nəzərdən keçirir.

Bir neçə ay əvvəl Baden-Vürtemberqdə kikboksinq üzrə daha bir dünya çempionu öldürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm