"Qəbələ" "Anderlext"lə bacarmadı (YENİLƏNİB)
Bizi izləyin

İdman

"Qəbələ" "Anderlext"lə bacarmadı (YENİLƏNİB)

Bu gün "Qəbələ" Avropa Liqasının qrupunda 5-ci turun matçını keçirib.

Publika.az xəbər verir ki, Roman Qriqorçukun komandası "Bakcell Arena"da Belçikanın "Anderlext" klubunu qəbul edib.

"Qırmızı-qaralar" qrupda son ev oyununu da xalsız başa vurub. Bərabər səviyyəli keçən qarşılaşmada qırılma nöqtəsi meydan sahiblərinin azlıqda qalması olub. son dəqiqlərdə ruhdan düşən "Qəbələ" iki top buraxaraq məğlub olub.

24 noyabr

20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika) 1:3

Qol: Rikardinyo, 15-p - Tilemans, 10. Bruno, 90. Teodorçuk, 90+2.

Qırmızı vərəqə: Rəşad Eyyubov, 87.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 10. Ruslan Qurbanov, 17. Məhəmməd Mirzəbəyov, 30. Petar Franyiç, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

“Anderlext”: 23. Frank Boeks, 5. Uroş Spayiç, 14. Bram Nuytink, 17. Dieqo Kapel, 18. Frank Aşemponq, 31. Yuri Tilemans, 32. Lender Dendonker, 37. İvan Obradoviç, 41. Emanuel Soa, 72. Nikolae Stansiu, 91. Lukaş Teodorçuk

Ehtiyat oyunçular: 1. Deyvi Ruf, 8. Stefen Badci, 9. Hamdi Harbaui, 10. Massimo Bruno, 22. İdrissa Dumbia, 40. Vut Faes, 94. Sofin Hanni

Baş məşqçi: Rene Veyler

Baş hakim: Levgeni Aranovskyi

Köməkçi hakimlər: Sergey Bekker, Oleksandr Voytyuk

Əlavə köməkçi hakimlər: Anatoliy Abdula, Anatoliy Zabçenko

Dördüncü hakim: Syomen Şlonçak (hamısı Ukrayna)

Hakim-inspektor: İqor Satkii (Moldova)

UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

Bakı. "Bakcell Arena" stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm