İdman
Millimiz gerilədi - SİYAHI
FİFA yeni reytinq cədvəlini açıqlayıb.
Publika.az-ın məlumatına görə, sonuncu dəfə
oktyabrın 20-də açıqlanan siyahıda son 35 gündə baş tutan
qarşılaşmaların nəticələri əksini tapıb. Keçirilən matçlar siyahıda
bir sıra dəyişiklərə səbəb olub. Bu, Azərbaycan millisindən də yan
ötməyib.
Belə ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunda Şimali İrlandiya
ilə görüşən yığmamız səfər məğlubiyyətinin acısını yaşayıb.
Noyabrın 11-də Belfastda 0:4 hesabı ilə uduzan Robert Prosineçkinin
yetirmələri həm xal, həm də mövqe baxımından geri düşüb.
Son reytinq siyahısında 404 xalı olan millimiz 18 xal itirdikdən
sonra bu rəqəm 386-ya enib. Komandamız 88-ci pilləni də əldən
verərək, 2 addımlıq eniş edib. Prosineçkinin yetirmələri artıq
dünyanın 90-cısıdı. Nəticədə komandamızı iki yığma – Qətər və
Ermənistan millimizi arxada qoyub.
Millimiz və “qonşular”ı
84 (74). Farer adaları - 422
84 (81). Norveç - 422
86 (76). Liviya – 417
87 (125). Ermənistan – 412
88 (91). Qətər - 409
89 (85). Keniya - 397
90 (88). Azərbaycan - 386
91 (93). Toqo – 374
91 (94). Zambiya – 374
93 (101). Finlandiya – 368
94 (96). Suriya – 363
95 (80). Boliviya - 359
Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən
dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Almaniya
2-ci sıranı əldən verib. Nəticədə Braziliya 2-ci yerə yüksəlib.
Bundan başqa, Çili 2 addım irəliləyibsə, Belçika və Kolumbiya 1
addım geriləyib.
İlk “onluq”
1 (1). Argentina – 1634
2 (3). Braziliya – 1544
3 (2). Almaniya – 1433
4 (6). Çili – 1404
5 (4). Belçika – 1368
6 (5). Kolumbiya – 1345
7 (7). Fransa – 1305
8 (8). Portuqaliya – 1229
9 (9). Uruqvay – 1187
10 (10). İspaniya – 1166
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya
ilə San-Marino 1, Çexiya və Şimali İrlandiya 3 pillə geriləyib.
Yığmamıza 4 qol vuran Şimali İrlandiya 4 pillə irəliləyib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C
qrupu
3 (2). Almaniya – 1433
32 (36). Şimali İrlandiya - 767
43 (40). Çexiya - 671
84 (81). Norveç - 422
202 (201). San-Marino – 17
Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerə yüksəlib. 1 pillə
irəliləyən “ay-ulduzlular” 851 xala malikdi.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi