Qurban Qurbanov: "Bütün diqqətimizi son görüşə yönəldəcəyik"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Bütün diqqətimizi son görüşə yönəldəcəyik"

"Oyun haqda çox şey danışmaq olar. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”.

Publika.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Slovan"a 0:3 hesabıyla məğlub olan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Demək olar ki, heç nə alınmadı. İlk hissədə bir neçə qol vəziyyətimiz oldu, istifadə etməli idik. İkinci hissədə tam fərqli oyun oldu. Son vaxtlar bu qədər uduzduğumuz epizod olmamışdı. Oyuna yenidən baxıb təhlil edəcəyik. Bütün diqqətimizi son görüşə yönəldəcəyik”. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm