Konfederasiyalar Kubokunun püşkü atıldı
Bizi izləyin

İdman

Konfederasiyalar Kubokunun püşkü atıldı

2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun püşkatma mərasimi olub.

Publika.az xəbər verir ki, mərasim Kazan şəhərində baş tutub.

Püşkatmanın nəticələrinə görə, "A" qrupunda Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, "B" qrupunda isə Almaniya, Çili, Avstraliya və Afrika Kubokunun qalibi mübarizə aparacaq.

Sankt-Peterburqda keçiriləcək açılış matçında Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək.

Turnirin 16 oyunu Rusiyanın dörd şəhərində - Sankt-Peterburq, Kazan, Moskva və Soçidə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm