İdman
“Qarabağ”a CƏZA
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Noyabrın 27-də Premyer Liqanın XIII turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində AZAL klubunun 77 №-li futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Kəpəz” – “Neftçi” matçında meydan sahibi klub Əsasnaməyə uyğun olaraq, qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün klub 1600 manat cərimə olunub.
Noyabr 28-də “Zirə” – “İnter” matçında “İnter” klubunun 4, “Zirə” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 66-ci dəqiqəsində “İnter” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Həmçinin İntizam Komitəsi noyabrın 29-da keçirilən "Qarabağ" – "Qəbələ" matçı ilə bağlı aşağıdakı qərarları qəbul edib:
- “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 800 manat cərimə olunub;
- Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin
Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə
olunub;
- Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu
Riçard Almeida aqressiv davranışa görə birbaşa qırmızı vərəqə
alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub
3200 manat cərimə olunub;
- Matçın videoyazısını izlədikdən sonra müəyyən olunub ki, oyunun
90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 91 №-li futbolçusu Coşqun
Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb,
klub 1600 manat cərimə olunub;
- “Qarabağ” klubunun 2-ci qolundan sonra klubun 12 №-li futbolçusu
Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest
göstərmədiyi aşkar olunub;
- Növbəti ev oyunlarında “Qarabağ” klubunun təhlükəsizlik
tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub;
- Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət
etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO