İdman
“Qəbələ”nin növbəti “sülh”ü (Fotoreportaj)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" növbəti - dördüncü yoxlama oyununu keçirib.
Publika.az xəbər verir ki, "qırmızı-qaralar" Qazaxıstanın "Spartak" klubu ilə qarşılaşıb. Yuri Syominin komandası rəqibə qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
1-ci hissə: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev, Rafael Santos, Dodo, Davron Erqaşov, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.
2-ci hissə: Anar Nəzirov, Müşfiq Teymurov, Vladomir Levin, Deyan Kelhar, Şirməhəmməd Məmmədov, Murad Musayev, Nikola Valentiç, Elmar Baxşıyev, Lorival Assis, Leonardo da Silva, Abdulvahid Afolabi
Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. "Qəbələ" oyuna qara sarğı ilə çıxıb.
Görüşün ilk hissəsi bərabər mübarizə şəraitində keçib. Müdafiədə diqqətli oynayan komandalar hesabın açılmasına imkan verməyiblər. İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqlənməyi bacarıb. Baujan Turusbekin qoluna 74-cü dəqiqədə Leonardo cavab verib. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki oyunlarda Türkiyənin "Maltəpəspor klubu ilə heç-heçə (1:1) edib , Qazaxıstan təmsilçisi "Tobol"a qalib (2:1) gəlib, "Konyaspor"a (Türkiyə) isə məğlub (2:4) olub.
"Qəbələ" toplanış çərçivəsində növbəti oyunu yanvarın 22-də "Volqa"ya (Rusiya) qarşı keçirəcək.
"Qəbələ" - "Spartak" (Qazaxıstan) - 1:1
Qollar: Leonardo, 74-pen - Baurjan Turusbek, 63
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ