"Kəpəz" - "Qəbələ" oyununun yeri dəyişdirildi
Bizi izləyin

İdman

"Kəpəz" - "Qəbələ" oyununun yeri dəyişdirildi

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Publika.az PFL-ə istinadən xəbər verir ki, klub Gəncə şəhər stadionunun 4 gün ərzində 2 oyun qəbul edəcəyi təqdirdə, ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və XIV turun oyununun yerinin dəyişdirilməsini xahiş edib.

Yuxarıda göstərilənləri və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edir:

- Premyer Liqanın XIV turunun “Kəpəz” - “Qəbələ” matçı 17 dekabr tarixində Qəbələ şəhər stadionunda keçirilsin;
- XIV turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm