İlin son turuna yekun vuruldu
Bizi izləyin

İdman

İlin son turuna yekun vuruldu

"Qarabağ" ili birinci pillədə başa vurub.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin son oyunu keçirilib.

Publika.az xəbər verir ki, XIV turun son oyununda "Qarabağ" və "İnter" komandaları qarşılaşıb.

Qış fasiləsindən öncə Premyer Liqada baş tutmuş son görüşdə qapılara qol vurulmayıb. Komandalar nə qədər çalışsalar da, oyunda hesab açılmayıb.

On dörd oyuna 32 xal toplayan "Qarabağ" ili birinci pillədə başa vurub. Bakının "İnter" klubu isə 25 xalla 3-cü pillədə möhkəmlənib.

Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" "Kəpəz"i 2:1, "Sumqayıt" "Zirə"ni, AZAL isə "Neftçi" 1:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm