İspaniya mətbuatı: “Barselona” ARDA TURANI SATIR
Bizi izləyin

İdman

İspaniya mətbuatı: “Barselona” ARDA TURANI SATIR

29 yaşlı futbolçunun xidmətində Çin və Avropa klubları maraqlıdır.

“Barselona” türkiyəli yarımmüdafiəçi Arda Turanla yollarını ayırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu məlumatı İspaniyanın “El Mundo Deportivo” qəzeti yayıb. Qəzetin yazdığına görə, 29 yaşlı futbolçunun xidmətində Çin və Avropa klubları maraqlıdır.

Kataloniya klubunun Ardanı sırf maliyyə məsələlərinə görə ya bu qış transfer dövründə, ya da yayda satacağı bildirilir.

Türkiyə millisinin üzvü “Barselona” forması ilə bu mövsüm 19 matça çıxaraq, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm