Futbolda NÖVBƏTİ QƏZA: Türkiyə klubunun avtobusu... - - FOTO
Bizi izləyin

İdman

Futbolda NÖVBƏTİ QƏZA: Türkiyə klubunun avtobusu... - - FOTO

Klub avtobusu zəncirvari qəzanın iştirakçısı olub.

Türkiyə kubokunda “Kırklarelispor”la oyundan qayıdan “Qaziantepspor” klubunu daşıyan avtobus qəzaya uğrayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kırklarelidəki qarşılaşmadan sonra İstanbul Atatürk hava limanına istiqamət alan klub avtobusu zəncirvari qəzanın iştirakçısı olub. Qəzada avtobusun ön şüşəsi sınıb.

“Qaziantepspor” futbol klubu “Twitter” vasitəsiylə avtobusda olan sərnişinlərin xəsarət almadığını bildirib.

Xatırladaq ki, Ziraat Türkiyə kubokunda A qrupunda mübarizə aparan “Qaziantepspor” 4-cü turda səfərdə “Kırklarelispor”u 4:0 hesabıyla məğlub edib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm