2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ
Bizi izləyin

İdman

2016-cı ildə idman dünyasında ƏSAS 10 HADİSƏ

Publika.az 2016-cı ildə dünyada baş verən ən mühüm idman hadisələrini təqdim edir.

2016-cı ili də beləcə başa vururuq. Şübhəsiz, hər sahədə olduğu kimi idman dünyasında da yaddaqalan hadisələr az olmadı. Portuqaliyanın Avropa çempionluğu, Braziliyadakı Yay Olimpiya Oyunları xoş xatirələrlə yadda qalsa da, ilin sonlarında "Şapekoense" klubunun faciə nəticəsinə bütün dünyada tanınması hər kəsi təəssüfləndirdi.

Publika.az 2016-cı ildə dünyada baş verən ən mühüm idman hadisələrini təqdim edir.

"LESTER" MÖCÜZƏSİ

Ötən mövsüm "Lester" üst-üstə oyunlar udanda heç kim sonda onların çempion olacağını gözləmirdi. Klaudio Ranyerinin başçılığı altında Vardi, Mahrez, Kante kimi heç kimin tanımadığı futbolçular möhtəşəm oyun sərgiləməklə Premyer Liqanın nəhənglərini geridə qoyaraq çempionluq yaşadı.

LEBRON CEYMS "KLİVLEND" FORMASI İLƏ DƏ ÇEMPİONLUQ YAŞADI

Peşəkar basketbol karyerasına başladığı komandaya geri qayıdan Lebron Ceyms 2016-cı ildə GSW-yə qarşı 3-0 geriyə düşdüyü final seriyasında 4-3 qalib gələrək tarixi çempionluq qazandı. Final oyunlarında Lebron Ceymsin oyunu isə görülməyə dəyərdi.

ÖLKƏ ÇEMPİONLARI

İngiltərədə "Lester", İspaniyada "Barselona", İtaliyada "Yuventus", Almaniyada "Bavariya", Fransada PSJ, Türkiyədə "Beşiktaş", Rusiyada ÇSKA, Hollandiyada isə PSV çempionluq yaşadı. Azərbaycanda isə növbəti dəfə "Qarabağ" ölkə çempionu olmağı bacardı.

ZİDAN İLƏ 11-Cİ ÇEMPİONLAR LİQASI

Ötən mövsümə Rafael Benitezlə başlayan "Real"ın oyunu rəhbərliyin xoşuna gəlmədivə baş məşqçi postuna klubun əfsanəsu Zinnədin Zidan gətirildi. Finalda "Atletiko"nu məğlub edən "Kral klubu" növbəti dəfə Avropanın ən böyüyü oldu.

PORTUQALİYA TARİXİNDƏ İLK DƏFƏ AVROPA ÇEMPİONU OLDU

Fransada keçirilən AÇ-2016-nın finalında ev sahibi Fransa ilə Portuqaliya qarşılaşdı. Qrizmannla Ronaldonun növbəti dəfə finalda qarşılaşdığı oyunda kuboku portuqallar qaldırdı. Ronaldonun zədələnərək ağlayaraq oyunu tərk etməsi yəqin ki, çempionatın ən yadda qalan anı idi.

BRAZİLİYADA İLK YAY OLİMPİYA OYUNLARI: RİO-2016

Avqust ayında keçirilən növbəti Olimpiya oyunları Braziliyanın Rio de Janeyro şəhərində baş tutdu. Karnaval kimi açılışı ilə yadda qalan oyunlarda Felps və Useyn Bolt yenə ən çox danışılan atletlər olaraq ön plana çıxdı.

Olimpiadanın ən çox medal qazanan üç ölkəsi isə 121 medalla ABŞ (46 qızıl, 37 gümüş, 38 bürünc), 67 medalla B.Britaniya ( 27 qızıl, 23 gümüş, 17 bürünc) və 70 medalla Çin ( 26 qızıl, 18 gümüş, 26 bürünc) oldu. Azərbaycan isə 1 qızıl, 7 gümüş və 10 bürünc ilə tarixinin ən uğurlu Olimpiadasını keçirdi.

ENDİ MÜRREY ATP REYTİNQİNDƏ BİRİNCİLİYƏ YÜKSƏLDİ

murray-wimbledon-2016-tuesday29 yaşlı şotland atlet 2016-cı ildə Australia Open, Rolland Garros, Wimbledon və Olimpiya çempionluğu yaşadı, karyerasının ən uğurlu mövsümünü keçirərək ATP reytinqlərində birinciliyə yüksəldi.

NİKO ROSBERQ KARYERASINDA İLK DƏFƏ F-1 ÇEMPİONU OLDU

Bu il Formula-1 sezonu iki McLaren pilotu Rosberg və Hamilton arasında yaşandı. Alman pilot 31 yaşında ilk dəfə çempionluq yaşadı. Daha böyük sürpriz isə çempionluğun ardından karyerasını sonlandırdığını bildirməsi oldu. Niko Rosberq həyatda ən böyük arzusuna çatdığını və pilotluğa davam etməyəcəyini açıqladı.

ŞAHMATDA MAQNUS KARLSEN SERGEY KARYAKİN RƏQABƏTİ

Şahmat üzrə dünya çempionatının finalında norveçli Maqnus Karlsen ilə rus Sergey Karyakin qarşılaşdı. Şahmatsevərlər üçün həyəcanlı final seriyasının yaşandığı oyunlarda qalib Maqnus Karlsen oldu.

"ŞAPEKOENSE" BÜTÜN HEYƏTİNİ TƏYYARƏ QƏZASINDA İTİRDİ

skysports-fans-chapecoense-brazil_3846619İlin sonuna doğru Braziliyanın "Şapekoense" futbol klubunun təyyarəsi qəza keçirməsi ilə komandanın 22 oyunçusu vəfat etdi. Federasiya rəqib komandanın təklifi ilə "Sudamericana" finalına yüksələn komandanı çempion elan etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm