Hiyləylə uğur qazananlar - - FOTO
Bizi izləyin

İdman

Hiyləylə uğur qazananlar - - FOTO

Bu yola əl atmaqla bir çoxları sevinsə də, bu sevincin ömrü bəzən çox uzun olmayıb.

Etiraf edək ki, indiyədək oynadığımız oyunlar zamanı ən azı bir dəfə hiyləyə əl atmışıq. Bu, nə qədər xoş hal olmasa da, qalib gəlməyimizə böyük köməyi dəyib.

Belə hallar dünyanın bir çox mötəbər idman yarışlarında da dəfələrlə baş verib. Bu yola əl atmaqla bir çoxları sevinsə də, bu sevincin ömrü bəzən çox uzun olmayıb. Belə ki, hiyləyə əl atan bir çox idmançının sirri gec-tez ortaya çıxıb. Həmin insanlar arasında dünyanın bir çox məşhur idmançıları da yer alıb.

Beləliklə, hiylə işlədərək uğur qazanan, lakin hiyləsinin üstü açılan 10 məşhur idmançının (komandanın – red.) siyahısını hazırladıq.

1. “Renault” Formula-1 komandası.

Əgər Formula-1 həvəskarısınızsa, bu idman növündə tez-tez rüşvət və ya hiylə qalmaqallarının baş verdiyi barədə məlumatınız olar. Belə hallardan biri də 2008-ci ildə yaşanıb. Belə ki, 2008-ci il Sinqapur Qran prisində “Renault” komandasının sürücüsü Nelson Piket Juniora oyun zamanı bilərəkdən qəza etməsi təlimatı verilib. Qəzadan sonra təhlükəsizlik maşını pistə girmiş və bu da “Renault”un digər sürücüsü Fernando Alonsonun yarışı birinci bitirməsinə kömək edib. Bu hiylə ortaya çıxdıqdan sonra “Renault” komandasına cəza verilmiş, hiylədə iştirak edənlər isə yarışlardan bir neçə il uzaqlaşdırılmışdır.

2. “Nyu İnqlend Patriots”

“Nyu İnqlend Patriots” Amerikan futbolu komandası heç də təmiz şöhrətə sahib olmayıb. Komanda ən sonunda topların havasının azaltması skandalı ilə gündəmə gəlmişdi. Bundan sonra “Nyu İnqlend Patriots” liqanın ən “kirli” komandası olduğu gər kəs tərəfindən qəbul edilir. 2007-ci ildə komandanın baş məşqçisi və texniki heyəti rəqib komandanın müdafiə xəttinin radiosiqnallarını dinlədikləri ortaya çıxmışdı. Bundan əlavə, komanda rəqiblərinin taktikasını və oyunçu dəyişikliyi planlarını da oğurlamaqda günahlandırılır.

3. “Minnesota Tuins”

Əgər beyzbol komandasında oyanaq istəyirsinizsə, topu sürətli atmaq bacarığınız olmalıdır. Amma bəzən elə hallar olur ki, topu nə qədər sürətli atsan da, uğurlu olmur. “Minnesota Tuins” komandasının atıcısı Coy Niekro isə bunun üsulunu tapmışdı. Belə ki, 1987-ci ildə keçirilən oyunların birində baş hakim topun fərqli olduğunudan şübhələnmişdi. O, şübhələrində yanılmırdı. Çünki “Minnesota Tuins”in atıcısı Niekro topları dırnağı ilə oymağı bacarmışdı. Beləliklə, o, topları daha sürətli atmağı bacarırdı. Bu, həm də topun hərəkət traektoriyasını da dəyişirdi. Hakim Niekronun cibindəki toplara baxmaq istəyərkən o, topları arxa cibindən tullamağa çalışmışdı. Bu görüntü isə uzun müddət yaddaşlardan silinməmişdi.

4. Bencamin Sinklayr Conson (Ben Conson – red.)

Əgər bir atletin hiylə işlədərək həm özünü, həm də ölkəsini biabır etməsi mümkünsə, bunu bacara bilən insan Ben Consondu. Kanadalı atlet həqiqətən də sürətli idi. 1988-ci ildə keçirilən Olimpiadada 100 metr məsafəyə qaçışdakı performansıyla bütün dünyada məşhurlaşmışdı. Lakin bu məşhurluq uzun sürmədi. Belə ki, dopinq testlərindən sonra atletin çox tez-tez steroit istifadə etdiyi ortaya çıxmışdı. Bundan sonra Consonun bütün rekordları silinmiş və medalları geri alınmışdı.

5. Rosie Ruiz

İdmanın ən sevilən tərəflərindən biri də bəzən gözlənilməz anda, gözlənilməz bir idmançıların qalib gəlməsidir. Məsələn, kubalı atlet Rosie Ruiz. 1984-cü ildə Boston marafonunda qadınların yarışında finişə hamıdan birinci gələrək, bütün izləyiciləri heyrətləndirmişdi. Lakin finiş xəttinə çatdıqdan sonra onun tərləmədiyi, təngnəfəs və yorğun olmadığı izləyiciləri şübhələrə qərq etmişdi. Araşdırılma aparıldıqdan sonra məlum olmuşdu ki, Ruiz yarış zamanı metrodan istifadə edib. Bu da onun finişə birinci çatmasına yardım edib.

6. Dieqo Maradona

Dünyanın ən məşhur idman növlərindən biri olan futbolda da çox vaxt hiyləyə əl atırlar. Bəzən futbolçular bunu elə vaxtlarda edirk ki, hakim belə xəbərsiz olur. Elə futbolçulardan biri də dünyaca məşhur Dieqo Maradonadır. Bəli, bu, bəlkə də sizlərə bir az qəribə gələ bilər, amma futbol Tanrısı hesab edilən Maradona da oyun zamanı hiyləyə əl atıb. Belə ki, 1986-cı il Dünya çempionatı zamanı Argentina və İngiltərə milliləri arasında keçirilən matçda argentinalı futbolçu Maradona hiylə işlədərək qol vurub. O, oyunun 51-ci dəqiqəsində rəqibin cərimə meydançasına girmiş və başla topa zərbə endirmək üçün havaya sıçramışdı. Lakin futbolçunun həmin zaman əli ilə topun istiqamətini dəyişdiyini hakimlərin gözündən yayınmışdı. İndiyədək həmin hadisə “Tanrının əli” olaraq xatırlanır.

7. İspaniya Basketbol millisi

2000-ci ildə keçirilən Paralimpiya Oyunlarında İspaniya basketbol yığmasının qazandığı qızıl medallar tezliklə geri alındı. Çünki komandanın heyətində yer alan 12 idmançının heç də hamısı fiziki qüsurlu deyildi. Onlar o qədər yaxşı oynayırdılar ki, baş məşqçinin oyun zamanı basketbolçulara zəif çıxış etmələri barədə tapşırıq verildiyi də deyilir.

8. “Çikaqo Uayt Soks” beyzbol komandası

İdmanda, əsasən, futbolda komanda rəhbərliyindən bezən oyunçular bezdikləri üçün hiylə işlədərək, bilərəkdən uduzurlar. Bu da bir çox hallarda rəhbərliyin və ya baş məşqçinin istefası ilə nəticələnir. Belə hallardan biri də 1919-cu ildə beybol üzrə dünya çempionatı zamanı baş verib. Belə ki, “Çikaqo Uayt Soks”un bəzi oyunçuları komandanın prezidentindən bezdiyi üçün oyunları bilərəkdən uduzublar. Nəticədə komandalarının məğlubiyyəti üçün etdikləri mərc oyunlarında qalib gələrək böyük pullar qazanıblar. Amma 1 ildən sonra oyunçuların etdiyi hiylə aşkarlanmış və bunda iştirak edənlər ciddi cəzalandırılmışdır.

9. Lens Armstronq

Amerikalı velosiped yarışçısının hekayəsi çox maraqlıdır. Belə ki, dəri xərçənginə tutlan velosipedçi bu xəstəlikdən yaxasını qurtarmağı bacarmış və daha sonra velosiped idmanının ən önəmli yarışı hesab edilən “Tour de France”ı ard-arda 7 dəfə qazanmağı bacarmışdır. Armstronqun bu uğuru nə qədər ilhamverici olsa da, velosipedçinin əsas sirri ortaya çıxdıqdan sonra hər şey dəyişilir. Belə ki, velosipedçinin bütün uğurlarını dopinq istifadə edərək qazandığı ortaya çıxdı. Bundan sonra onun bütün titulları əlindən alındı və Dünya Antidopinq Agentliyi velosipedçinin bundan sonrakı bütün turnirlərdə iştirakını qadağan etdi.

10. Tonya Hardinq

Buz üzərində Fiqurlu konkisürmədə hiylə deyildikdə ağıla ilk gələn hakimlərə rüşvət təklif etmək və ya konkiniyə müxtəlif əlavələr etmək gəlir. Lakin Tonya Hardinq tamam başqa üsula əl atıb. Amerikalı idmançı komanda yoldaşı Nansi Kerriqandan sonra ikinci ən güclü idmançı idi. 1994-cü il Qış Olimpiadasından öncə Nansi Kerriqan muzdlu suiqəstçilər tərəfindən döyülərək, ciddi zədələr alıb. Həmin muzdluları isə Tonya Hardinqin sifariş etdiyi məlum olub. Buna səbəb isə, Olimpiadada iştirak etmək istəməsiydi. (sportarena.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm