"Real" "Barselona"nın rekordunu qırdı - - VİDEO
Bizi izləyin

İdman

"Real" "Barselona"nın rekordunu qırdı - - VİDEO

"Real" 40 oyundur uduzmur.

İspaniya Kral Kubokunda 1/8 finalın cavab oyunları başa çatıb.

Publika.az xəbər verir ki, artıq 1/4 finala çıxmış 8 komandanın da adına aydınlıq gəlib.

Mərhələnin son oyununda “Sevilya” öz meydanında “Real”ı qəbul edib. “Ramon Sançes Pizxuan”da keçirilən qarşılaşmada ev sahibləri qələbəni son saniyələrdə əldən verib. Matç 3:3 hesabı ilə başa çatıb. İki oyunun nəticəsində əsasən "Kral klubu" 1/4 mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, 40 oyundu uduzmayan “Real Madrid” “Barselona”nın 39 oyunluq məğlubiyyətsizlik rekordunu qırıb.

Beləliklə, “Alaves”, “Alkorkon”, “Real Sosyedad”, “Atletiko” və “Barselona”dan sonra "Eybar", "Selta" və "Real" da yarımfinal uğrunda mübarizəyə qoşulublar.

İspaniya Kral Kuboku. 1/8 final, cavab matçları

11 yanvar

“Alaves” – “Deportivo” – 1:1 (ilk oyun – 2:2)

Qollar: Mendez, 45 – Arribas, 62

“Kordoba” – “Alkorkon” – 1:2 (ilk oyun – 0:0)

Qollar: Piovakkari, 9 – Rodrigez, 51, Aleyxo, 68

“Vilyareal” – “Real Sosyedad” – 1:1 (ilk oyun – 1:3)

Qollar: Soriano, 45 – Oyarzabal, 15

“Atletiko” – “Las Palmas” – 2:3 (ilk oyun – 2:0)

Qollar: Qrizman, 49, Korrea, 61 – Livaxa, 57, 89, Qarsiya, 90+3

“Barselona” – “Atletik” – 3:1 (ilk oyun – 1:2)

Qollar: Suarez, 35, Neymar, 48 (pen.), Messi, 78 – Saborit, 51

12 yanvar

“Selta Viqo” – “Valensiya” - 2:1 (ilk oyun – 4:1)

Qollar: Rossi, 61, Sisto, 90+3 - Araujo, 63

“Eybar” – “Osasuna” - 0:0 (ilk oyun – 3:0)

13 yanvar

“Sevilya” – “Real” - 3:3 (ilk oyun – 0:3)

Qollar: Danilo, 10 (öz qapısına), Yovetiç, 53, İborra, 78 - Asensio, 48, Ramos, 82 (pen.), Benzema, 90+3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm