Azərbaycanlı jurnalisti “radar”a düşdüyünə görə, Türkiyəyə buraxmadılar
Bizi izləyin

İdman

Azərbaycanlı jurnalisti “radar”a düşdüyünə görə, Türkiyəyə buraxmadılar

Azərbaycanlı jurnalisti “radar”a düşdüb

Yanvarın 20-də Peşəkar Futbol Liqasının təşəbbüsü ilə klubların hazırlıq keçdiyi məkana-Antalyaya gedən idman jurnalistlərindən birini Türkiyəyə buraxmayıblar.

Publika.az xəbər verir ki, Heydər Əliyev adına Bakı hava limanında “Futbol+” qəzetinin əməkdaşı Rəşad Qasımov problemlə üzləşib. Hava limanında pasport qeydiyyatından keçərkən, jurnalistin ölkədən çıxmasına qadağa qoyulub.

Məsələni dəqiqləşdirmək üçün Rəşad Qasımovla əlaqə saxladıq. Jurnalist Publika.az-a açıqlamasında bildirdi ki, avtomobili idarə edərkən sürət həddini aşdığına görə, “radar”a düşüb və cəriməni ödəməyi unudub: “Unutqanlığım da Türkiyəyə buraxılmamağımla nəticələndi. Ölkədən çıxmağımla bağlı ciddi problem yoxdu, dedilər ki, cəriməni ödə, istədiyin vaxt istədiyin ölkəyə get”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm