Cerrard məşqçiliyə başladı
Bizi izləyin

İdman

Cerrard məşqçiliyə başladı

36 yaşlı Cerrard 2016-cı ilin noyabrında karyerasını başa vurub.

"Liverpul"un sabiq kapitanı Stiven Cerrard klubun akademiyasında məşqçi vəzifəsinin icrasına başlayıb.

Publika.az xəbər verir ki, əfsanəvi futbolçu klubun bütün yaş qrupları ilə çalışacaq. 36 yaşlı mütəxəssis 2016-cı ilin noyabrında karyerasını başa vurub.

O, 1998-2015-ci illərdə "Liverpul"un, 2015-16-cı illərdə isə "Los Anceles Qalaksi"nin şərəfini qoruyub. "Mersisaydlılar"ın heyətində 500-dən artıq oyuna çıxan Cerrard 9 titul qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm