Məşhur futbolçu sürücülük hüququndan məhrum edildi
Bizi izləyin

İdman

Məşhur futbolçu sürücülük hüququndan məhrum edildi

Məşhur futbolçu sürücülük hüququndan məhrum edildi.

"Liverpul"un futbolçusu Roberto Firmino sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə sürücülük hüququndan məhrum olunub.

Publika.az xəbər verir ki, dünən keçirilən məhkəmədə qəbul edilmiş qərara əsasən, braziliyalı yarımmüdafiəçi 1 il müddətinə sürücülük hüququndan məhrum olunmaqla bərabər, 23500 funt cərimə də ödəməli olacaq.

Dekabr ayını Firminonun şəxsi həyatında ötən ilin ən pis ayı kimi qeyd etmək mümkündür. Əvvəlcə evi qarət olunan futbolçu 2 gün sonra içkili vəziyyətdə Liverpul şəhərinin mərkəzində polis tərəfindən saxlanılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm