IV İslam Həmrəylik Oyunlarının açılışında hansı ulduzlar olacaq? - RƏSMİ
Bizi izləyin

İdman

IV İslam Həmrəylik Oyunlarının açılışında hansı ulduzlar olacaq? - RƏSMİ

A.Rəhimov bildirib ki, açılış proqramı möhtəşəm bir şou olacaq.

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində dünya və ya yerli ulduzların iştirak etməsi nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, açılış proqramı möhtəşəm bir şou olacaq:

“Lakin açılışın proqramı elədir ki, orada mahnı oxumaq nəzərdə tutulmayıb. Ancaq bağlanış mərasimində yerli ulduzlar bizə dəstək verə bilərlər. İnanıram ki, açılış mərasimi hər kəsin çox xoşuna gələcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm