Nazir: "İmkanı olmayan ölkələrin xərclərini ödəməyəcəyik, amma ..."
Bizi izləyin

İdman

Nazir: "İmkanı olmayan ölkələrin xərclərini ödəməyəcəyik, amma ..."

Qidalanma üçün isə gələn idmançıların hər biri üçün ölkə 50 dollar ödəməlidir.

Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib.

"Report"un məlumatına görə, Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru nəqlliyat və qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib.

O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək: "Qidalanma üçün isə gələn idmançıların hər biri üçün ölkə 50 dollar ödəməlidir. İmkanı olmayanların nəqliyyat xərcini ödəməyə və qidalanmada güzəşt edə bilərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm