İdman
Türkiyə bayrağına görə ÖMÜRLÜK CƏZA - - FOTO
İngiltərədə Çempionşipdə baş tutmuş “Haddersfild” - “Lids” oyununda (2:1) Türkiyə bayrağı açan, bundan sonra yerli polis tərəfindən həbs edilən azarkeşə ağır cəza verilib.
Publika.az xəbər verir ki, 59 yaşlı azarkeşin ömür boyu “Haddersfild”in ev oyunlarını keçidiyi “Con Smit” stadionuna girişi qadağan olunub. Bu barədə “Haddersfild” klubu bəyanat yayıb. Bəyanatda azarkeşin etdiyi hərəkətin utancverici olduğu qeyd edilib:
“Bu azarkeşin ömür boyu “Con Smit” stadionuna girişi qadağan edildi. “Haddersfild” klubu bu hadisəyə ciddi yanaşıb və bu cür utancverici hadisələrə bundan sonra da heç bir halda izn verməyəcək. Bu şəxs klubu və ya azarkeşləri təmsil etmir”.
“Haddersfild” azarkeşi olan bir şəxsin “Lids”lə ev oyununda Türkiyə bayrağını açmasıyla azarkeşlər arasında gərginlik yaranmış, polis isə tərəfdarı həbs edərək, bayrağı müsadirə etmişdi.
Xatırladaq ki, “Lids” azarkeşlərinin Türkiyə ilə xoş olmayan xatirəsi var. Belə ki, 2000-ci ilin aprel ayında UEFA kubokunun yarımfinal mərhələsinin “Qalatasaray” - “Lids” oyununu izləmək üçün İstanbula gələn iki ingilis azarkeş yerli fanatlarla münaqişə zamanı bıçaqlanaraq öldürülmüşdü.
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...