Əfsanəvi basketbolçunun əşyaları oğurlandı
Bizi izləyin

İdman

Əfsanəvi basketbolçunun əşyaları oğurlandı

Kobi Brayantın xatirə əşyaları oğurlanıb.

Ötən il karyerasını bitirən əfsanəvi basketbolçu Kobi Brayantın xatirə əşyaları oğurlanıb.

Publika.az xəbər verir ki, Brayantın 1996-cı ildə məzun olduğu Filadelfiyanın “Louer Merion” litseyində sərgilənən əşyaları oğurlanıb. Bu barədə vaxtilə litseyin komandasında Brayantla birgə çıxış etmiş, hazırda isə həmin məktəbdə ictimaiyyətlə əlaqələr bölümünün rəhbəri olan Duq Younq yerli mətbuata açıqlamasında məlumat verib. O, Brayanta aid bir forma, bir ədəd imzalı idman ayaqqabısı, 1996-cı ildə komandanın qazandığı əyalət çempionatının kuboku və həmin çempionatın həlledici oyunundakı səbətin torunun kimliyi bilinməyən şəxslər tərəfindən oğurlandığını bildirib.

Brayantın oğurlanan formasının əsl olmadığını deyən Younq “Bir insanın əyalət çempionluğu kuboku nəyinə lazımdı, bilmirəm. Lakin bizim üçün sərgilənən bu əşyaların dəyəri böyükdü. Çünki möhtəşəm xatirələri özündə yaşadır” bildirib.

Polis hadisə barədə təhqiqat başladıb. Artıq litseyin gizli kameralarına düşmüş oğruların kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş gedir.

Brayant “Louer Merion” litseyinin komandasında keçirdiyi 4 ilin ardından 1996-cı ildə MBA təmsilçisi “Los Anceles Leykers”ə keçmiş, 20 il bu komandanın şərəfini qoruduqdan sonra ötən il karyerasını bitirmişdi. O, MBA tarixinin ən çox xal qazanan 3-cü basketbolçusudu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm