"Qəbələ" və "Qarabağ"dan oxşar qələbə - - VİDEO
Bizi izləyin

İdman

"Qəbələ" və "Qarabağ"dan oxşar qələbə - - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

Publika.az xəbər verir ki, turun ilk matçı Qəbələdə keçirilib. Lider “Qarabağ”ı addım-addım təqib edən “Qəbələ” aşkar autsayder AZAL-ı sınağa çəkib. Oyunun taleyini dubla imza atan Filip Ozobiç həll edib. AZAL-ın legioneri Omeqa Roberts 63-cü dəqiqədə meydandan qovulub (ikinci sarı vərəqə).

Lider “Qarabağ” isə Suraxanıda “Zirə”ni qəbul edib. Ayxan Abbasovun “sükan arxasına” keçməsindən sonra “Qartallar” çempionatda keçirdiyi hər iki oyunu qələbəylə başa vurmuşdu. Amma “Köhlən atlar” da zirvədəki yeri əldən verməmək üçün “Zirə”ylə matçda xal itirməməyə çalışacaqdı. Qurban Qurbanovun yetirmələri qələbə qazanmaqla, liderliyini qoruyub. Bununla da, turnir cədvəlinin zirvəsindəki vəziyyət dəyişməz olaraq qalıb: “Qarabağ” 1 xallıq fərqlə “Qəbələ”ni qabaqlayır.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 17-ci tur

8 fevral

Qəbələ - AZAL 2:0

Qol: Filip Ozobiç, 64-pen; 90+3.

Qırmızı vərəqə: Omeqa, 63 (AZAL)

Qarabağ - Zirə 2:0

Qol: Əfran İsmayılov, 13. Dino Ndlovu, 47.

9 fevral

Sumqayıt - Kəpəz

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu, 15:00

İnter - Neftçi

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. “İnter Arena”, 17:30

Oxumağa davam et
Reklam
Reklam

Gündəm