İdman
Vitse-prezident jurnalisti döyməkdə günahlandırılan idmançıdan danışdı
“Yeni Müsavat”ın foto reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapıldığı deyilir.
Musavat.com-un verdiyi məlumata görə, artıq foto-reportyorun döyülməsində iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını deyiblər. Yazılanlara inansaq, sözügedən şəxs guya K-1 döyüş növü üzrə tanınmış idmançı Tural Bayramovdur. Məsələ ilə bağlı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovun münasibətini öyrəndik. Güloğlan Cabbarov Publika.Az-a açıqlamasında Tural Bayramovun 2 ildir ki federasiyadan ayrıldığını söylədi:
“Tural Bayramov artıq 2 ildir federasiyamızdan uzaqlaşıb. İki qardaş - Ziya və Tural Bayramovlar artıq ayrı şəkildə fəaliyyət göstərirlər. Onların hazırda bizim federasiya ilə bağlılığı yoxdur”.
Qeyd edək ki, hüquq-mühafizə orqanları bu barədə rəsmi açıqlama verməyiblər.
Aygün İlqarqızı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB