"Neftçi"nin də üzü güldü
Bizi izləyin

İdman

"Neftçi"nin də üzü güldü

Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun ilk matçı Qəbələdə keçirilib. Lider “Qarabağ”ı addım-addım təqib edən “Qəbələ” aşkar autsayder AZAL-ı sınağa çəkib. Oyunun taleyini dubla imza atan Filip Ozobiç həll edib. Xorvat futbolçu əvvəlcə penaltidən fərqlənib. Onun son dəqiqələrdə vurduğu qol isə oyunun nəticəsini müəyyənləşdirib - 2:0. Yeri gəlmişkən, AZAL-ın legioneri Omeqa Roberts 63-cü dəqiqədə meydandan qovulub (ikinci sarı vərəqə).

Lider “Qarabağ” isə Suraxanıda “Zirə”ni qəbul edib. Ayxan Abbasovun “sükan arxasına” keçməsindən sonra “qartallar” çempionatda keçirdiyi hər iki oyunu qələbəylə başa vurmuşdu. Amma “köhlən atlar” da zirvədəki yeri əldən verməmək üçün “Zirə”ylə matçda xal itirməməyə çalışacaqdı. Qurban Qurbanovun yetirmələri qələbə qazanmaqla, liderliyini qoruyub. Bununla da, turnir cədvəlinin zirvəsindəki vəziyyət dəyişməz olaraq qalıb: “Qarabağ” 1 xallıq fərqlə “Qəbələ”ni qabaqlayır.

Tura bu gün keçiriləcək iki oyunla yekun vurulub.

Əvvəlcə Sumqayıtda “Kəpəz” yerli komanda ilə üz-üzə gəlib. Bu matçadək Gəncə təmsilçisi qış fasiləsindən sonra keçirdiyi oyunların hamısında uduzmuşdu. “Sumqayıt” isə əksinə, “Qəbələ” və “İnter”dən xal almaqla, hər kəsi təəccübləndirmişdi. Sumqayıtda keçirilən görüş “Kəpəz”də vəziyyətin ağır olduğunu bir daha göstərdi. Ötən il Azərbaycanı Avropa Liqasında təmsil edən Gəncə klubu indi əməlli-başlı qapazaltı komandaya çevrilib. “Kəpəz”in başına növbəti qapazı “kimyaçılar” vurdu - 3:1.

Turun son matçında isə “Neftçi” “İnter”lə üz-üzə gəlib. “Kəpəz” və “Sumqayıt” kimi “İnter”lə “Neftçi” də AFFA-nın nəzarətində olan klublardı. “Neftçilər” bu oyunadək yeni ildə hələ ki, qələbə qazanmamışdı. “İnter” isə zirvədə olanlardan - “Qarabağ”la “Qəbələ”dən uzaq düşməməyə çalışırdı. Oyun "ağ-qaralar"ın 3:1 hesablı qələbəsiylə nəticələnib. Bu qələbəylə "Netçi" turnir cədvəlində irəliləməsə də, 6-cı pillədəki "Kəpəz"lə xal fərqini azaldıb.

Azərbaycan Premyer Liqası, 17-ci tur

8 fevral

Qəbələ - AZAL 2:0

Qol: Filip Ozobiç, 64-pen; 90+3.

Qırmızı vərəqə: Omeqa, 63 (AZAL)

Qarabağ - Zirə 2:0

Qol: Əfran İsmayılov, 13. Dino Ndlovu, 47.

9 fevral

Sumqayıt - Kəpəz 3:1

Qol: Sergey Çernışev, 7. Azər Salahlı, 28. Məhəmməd Qurbanov, 61 - Kərim Diniyev, 71.

İnter - Neftçi 1:3

Qol: Rauf Əliyev, 35 - Daniel Seqovia, 13. Namiq Ələsgərov, 17. İqnasio Herrera Fernandes, 58.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm