“Pendirbaşlar”, “Şirinlər”...
Bizi izləyin

İdman

“Pendirbaşlar”, “Şirinlər”...

“Pendirbaşlar”, “Şirinlər”...

UEFA Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanmış klubların ləqəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, Avropanın ali futbol qurumunun saytında 1/16 final mərhələsinə adlamış klubların bir hissəsinin ləqəblərinin tarixçəsi də verilib.

Türkiyənin “Beşiktaş” klubu manşetə çıxarılıb. “Qara qartallar” ləqəbli klubun bu ləqəbi 0:1 geridə olduğu oyunda azarkeşlərdən birinin “irəli, qara qartallar” deyə səsləməsinin ardından komandanın qalib gəlməsindən sonra aldığı qeyd edilib.

“Sarı bülbüllər” ləqəbli “Fənərbaxça”nın isə bu ləqəbi 1939-1952-ci illər aralığında komandanın qapısını qoruyan və həmişə sarı geyinən Cihat Armanla bağlı olduğu bildirilib. Belə ki, Cihatın “çərçivə”də inamlı oyunu azarkeşlərin ona “sarı bülbül” ləqəbi verməsinə səbəb olub. Sonradan bu söz komandanın ləqəbinə çevrilib.

Avropa Liqasında mübarizə aparan digər klubların ləqəbləri aşağıdakı kimi təqdim edilib:

Anderlext - Bənövşəyilər
Atletik Bilbao - Aslanlar
Alkmaar - Pendirbaşlar
Selta - Zeytunlar
Fiorentina - Bənövşəyilər
Genk - Şirinlər
Gent - Buffalolar
Hapoel Beer-Şeva - Dəvələr
Kopenhagen- Şəhərin komandası
Krasnodar - Öküzlər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm